"Bütün "Zirə" azarkeşlərini təbrik edirik"
Bu gün AFFA-da keçirilən Lisenziyalaşdırma Komissiyasının iclasından sonra məlum oldu ki, birinci divizion təmsilçiləri - "Zirə" və "Kəpəz"in Premyer Liqada oynaması üçün heç bir maneə yoxdu.
Sportal.az xəbər verir ki, "Zirə"nin prezidenti Vüqar Astanov bu məsələylə bağlı açıqlama verib:
"İlk gündən qarşımıza peşəkar klub yaratmaq məqsədi qoymuşuq. Bütün işlərimiz də məhz bu yöndə qurulub. Premyer Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Lisenziya qazandıq və bu bizə Premyer Liqada çıxış etmək hüququ verir. Bu üzdən də, peşəkar klub kimi lisenziyalaşmanın şərtlərini yerinə yetirmişik.
Biz hər an Premyer Liqada çıxış etməyə hazır olmağa çalışmışdıq. Bu mövsüm məqsədimizə çatmasaydıq, növbəti mövsümdə mübarizəmizi davam etdirəcəkdik. Lisenziya aldıq. Bütün "Zirə" azarkeşlərini təbrik edirik. Premyer Liqada onları layiqincə təmsil etməyə çalışacağıq.
Azərbaycan futbolunun beşiyi sayılan Gəncəni təmsil edən "Kəpəz" klubunu da təbrik edirik".
saytlarin hazirlanmasi