"Ümid edirəm, cəzam ağır olmayacaq"
Premyer Liqanın 33-cü turunda baş tutan "İnter" - "Neftçi" (4:0) matçında "İnter"in kapitanı Səlahət Ağayev qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Qolkiper baş hakimin qərarını Sportal.az-a açıqlamasında şərh edib:
"Neftçi" ilə kubok oyunundan sonra baş hakim İnqilab Məmmədovla münasibətlərimizdə soyuqluq var idi. Amma məncə, bu münasibət oyuna təsir etmədi. Hakimin qərarı doğru idi, həqiqətən də həmin epizodda rəqibin hücumçusuna toxunmuşdum və haqlı yerə də hakim birbaşa qırmızı vərəqə göstərdi.
Ümid edirəm İntizam Komitəsi elə də ağır cəza verməyəcək, çünki növbəti turlarda "Qarabağ"la finala bərabər oyunumuz var. Həmin qarşılaşmada komandama kömək etmək istəyirəm".
saytlarin hazirlanmasi