Elvin Yunuszadə hansı məntiqlə transferə çıxarılıb?
Premyer Liqanın son turunda “İnter”ə 0:4 hesabı ilə məğlub olan “Neftçi”də təcili iclas çağırılıb. Müşahidə Şurasının üzvləri bir araya gələrək Rauf Əliyev, Elvin Yunuszadə və Mirhüseyn Seyidovun transferə çıxarılması barədə qərar çıxarıblar.
“Neftçi” rəhbərliyi bu tələm-tələsik qərarı çıxarmaqla bir qədər naşılığa yol verib. Sportal.az-ın əldə etdiyi məlumata görə, transferə çıxarılanlar arasında olan Elvin Yunuszadənin müqaviləsinin bitməsinə sayılı günlər qalır. Onun “Neftçi” ilə anlaşması bu mövsümün sonunda başa çatır və o, avtomatik olaraq azad agent statusu alır.
“Neftçi”nin Yunuszadəni transferə çıxarması olduqca gülünc görünür. Hansısa klub onu heyətinə qatmaq istəsə, transfer pəncərəsinin açılmasını gözləməlidir. Həmin vaxta isə Elvin Yunuszadənin hüquqları “Neftçi”yə məxsus olmayacaq.
Bu, bir daha onu göstərir ki, futboldan uzaq adamların toplaşdığı bir şurada belə gülünc halların yaşanması qaçılmazdır. Qeyd edək ki, bu barədə xəbər ilk dəfə idmanxəbər.com saytında gedib.
saytlarin hazirlanmasi