Gənc hakimi Rüstəm Rəhimov dəvət edib
Ötən həftə baş tutan "Neftçi" veteranları və AFFA əməkdaşları (4:2) arasında yoxlama matçı baş tutuduğu barədə məlumat vermişdik. Qarşılaşmanın ilk hissəsini sabiq referi Rüstəm Rəhimov idarə etsə də, ikinci hissə aşağı liqalarda təyinat alan gənc hakim Ceyhun Hüseynova tapşırılıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, gənc hakim bu matçı idarə etdiyi üçün 5 oyunluq cəza alıb. Buna səbəb Hüseynovun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan icazəsiz qarşılaşmaya yollanması olub. Dünən Hakimlər Komitəsində çalışan Nizami Şərifov gənc hakimlə əlaqə saxlayaraq "Sədrin qərarıyla 5 oyunluq cəzalısan" ifadəsini deyib. Hüseynov əməkdaşımızla söhbətində ora məhz sabiq referi Rüstəm Rəhimovun dəvəti ilə getdiyini bildirib.
Qeyd edək ki, bu matçda AFFA-nın baş katibi Elxan Məmmədov da forma geyinmişdi.
Xatırladaq ki, bu haqda ilk məlumatı Sportinfo.az yayıb.
saytlarin hazirlanmasi