Prosineçki nizam-intizamsız futbolçuyla bağlı qərarını verdi: "Milliyə çağırılmayacaq"

13:01 - 12 May 2015

"Son vaxtlar etdiyi hərəkətlər..."

 

Millimizin baş məşqçisi Robert Prosineçki bu gün Sumqayıtda keçirilən "Futbol və Sağlam Həyat" adlı layihənin açılış mərasimində iştirak edib.

 

Sportal.az-a açıqlamasında Prosineçki son zamanlar "Sumqayıt"ın qolkiperi Andrey Popoviçlə bağlı yayılan məlumatlara münasibət bildirib:

 

"Popoviçin son vaxtlar etdiyi hərəkətləri heç də yaxşı qarşılamıram.  Təbii ki, belə bir nizam-intizamsız futbolçu milliyə dəvət olunmayacaq".

Xəbər xətti