Müğənni qurumun təklifinə "yox" deyib
Ölkə kubokunun finalı iyunun 3-ü Qəbələdə baş tutacaq. Hər il təmtaraqla qeyd olunan tədbirdə bir sıra məşhur müğənnilər öz mahnılarını ifa edirlər. Peşəkar Futbol Liqası bu tanınmış müğənni Röyanın final öncəs baş tutacaq konsert proqramında çıxış etməsini istəsə də, "Xəzər Lənkəran" fanatı olan müğənni bu təlifi ilk olaraq rədd edib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, PFL rəsmiləri Röyanı razı salmq üçün "Xəzər Lənkəran" klubu ilə əlaqə saxlayıb və onların müğənnidən bu tədbirdə iştirak etməsi üçün xahiş edib. Cənub təmsilçisinin klub rəsmiləri Röya ilə əlaqə saxladıqdan sonra, müğənni Qəbələyə getməyə razı olub.
Qeyd edək ki, kubokun finalında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək.
saytlarin hazirlanmasi