"Neftçi" "Kasımpaşa"nın istədiyi futbolçunu transfer etdi

17:12 - 12 May 2015

Diniyev "flaqman"da
 

"Neftçi" "İnter"in futbolçusu Coşqun Diniyevi heyətinə qatıb.

 

Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, paytaxt klubu "bankirlər"in gənc üzvünü heytinə qatmaq üçün bugündən çalışmalara start verib. Futbolçunun atası Şahin Diniyev az öncə "Abşeron" otelinə yollanıb. "Neftçi" rəhbərliyi Şahin Diniyevlə məhz burada transfer məsələsini müzakirə edib. 

 

Aldığımız son məlumata görə, böyük ehtimalla Coşqun Diniyevin keçidində hər hansı bir problem yaranmayacaq. Yeni mövsümdən etibarən Coşqun Diniyev "Neftçi"nin uğurları üçün tər tökəcək.

 

Qeyd edək ki, istedadlı futbolçu ilə Türkiyənin "Kasımpaşa" klubu da maraqlanırdı.

 

Xəbər xətti