Sportal.az işıqlandırdı, Xaqani Məmmədov hakimin cəzasını ləğv etdi

01:00 - 13 May 2015

Hakim növbəti oyunlarda təyinat alacaq
 
Dünən sizlərə "Neftçi" veteranları və AFFA əməkdaşları arasında baş tutan matçında ikinci hissəni idarə edən gənc hakim Ceyhun Hüseynovun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov tərəfindən 5 oyunluq cəzalandırıldığı və buna da səbəb sədrdən icazəsiz bu matça yollanması olduğu haqda məlumat vermişdik. AFFA əməkdaşlarından ibarət komandada AFFA-nın baş katibi Elxan Məmmədov da forma geyinib.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, məhz bu informasiya mətbuatda yayıldıqdan sonra, Xaqani Məmmədovun köməkçisi sayılan Nizami Şərifov yenidən gənc hakimlə əlaqə saxlayaraq "artıq cəzan ləğv olundu, növbəti turlarda təyinat alacaqsan" ifadəsini işlədib. 

Xəbər xətti