"Xəzər adaları"nın prezidenti həbs olunub? ŞOK İDDİA

12:29 - 13 May 2015

850 milyon dollarlıq kredit hara xərclənib?

 

"Cahangir Hacıyevin işi" ilə bağlı araşdırma və həbslər davam edir.

 

Sportal.az vinegret.az saytına istinadən хəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iş adamı, futzal üzrə son Azərbaycan çempionu "Xəzər adaları"nın (Khazar Islands) prezidenti Hacı İbrahim Nehrəmlini saхlayıb.

 

İddialara görə, Beynəlxalq Bank milyarderin "Xəzər adaları" layihəsinə 850 milyon dollar kredit verib. Bu vəsait isə şübhəli əməliyyatlara xərclənib. Xəbər hələlik nə təsdiq, nə də təkzib olunub.

 

Qeyd edək ki, Beynəlхalq Bankın sabiq sədri Cahangir Hacıyevin işi üzrə bir neçə gün əvvəl iş adamı Nizami Piriyev, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olunub.

Xəbər xətti