"Futbolçu kimi hər zaman qələbə qazandım"
"Yaxşı bir futbolçu olmaq güclü bir məşqçi olacağın anlamına gəlməz. Futbolçu kimi hər zaman qələbə qazandım, indi də məşqçi kimi oyunçularımın qazanmaları üçün çalışıram".
Sportal.az xəbər verir ki, bu sözləri xarici mətbuata açıqlamasında millimizin baş məşqçisi Robert Prosineçki bildirib. O, Azərbaycan millisi ilə daha yaxşı işlər görəcəyini də bildirib:
"Azərbaycanın böyük bir potensialı və uğurlu bir gələcəyə sahib olacağına inanıram. Güclü gənc futbolçular var və burada futbola böyük investesiya yatırılır. Azərbaycan böyük bir futbol ölkəsi olmaq istəyir və buna doğru da addım-addım irəliləyirlər".
saytlarin hazirlanmasi