"Bakı"nın gənc futbolçusu: "Ölkə xaricindən təkliflər olsa da, növbəti mövsümdə ölkədə qalmağı düşünürəm" MÜSAHİBƏ

12:34 - 14 May 2015

"İstəyim iddialı klublatın birində oynamaqdı"

 

"Bakı"nın gənc müdafiəçisi Vüqar Bəybalayev Sportal.az-ın suallarını cavablandırıb:

 

- Premyer Liqanın son turunda keçirilən AZAL-la matçda qırmızı vərəqə aldın və komandan məğlubiyyətlə üzləşdi...

- Təbii ki, istəməzdim qırmızı vərəqə alaraq komandamı azlıqda qoyum. Ancaq istəmədən də olsa, kobud oynayıb qırmızı vərəqə aldım. Buna görə bütün komandamdan üzr istəyirəm. Məğlubiyyətə gəlincə isə, oyuna xal qazanmaq üzüçn çıxsaq da, məğlub olduq. Məyus olsam da, bu geridə qaldı. Biz artıq qarşıdakı oyunlara baxırıq.

 

- “Bakı”nın növbəti mövsümdən I Diviziona düşəcəyi barədə nə deyə bilərsən?

- Bunu mətbuatdan oxumuşam. İyunun 15-nə kimi hələ də hamımızın ümidi var.

 

- Klubla olan müqavilən nə vaxt bitir?

- Müqaviləm ilin sonunda başa çatır.

 

- Müqaviləni yeniləməyəcəyin bəllidi. Hər-hansı bir klubdan təklif var?

- Bəli, bir neçə klubdan təklif var. Ancaq çempionat bitmədən klubların adını açıqlamağım düzgün olmaz.

 

- Elə bir klub var ki, oradan təklif gəlsə, düşünmədən qəbul edərsən?

- Bunu söyləməyim düzgün olmaz. Lakin iddialı klubların birində oynamağı çox istəyərəm,

 

- Növbəti mövsümdən Premyer Liqaya gələcək klublardan təkliflər olsa, necə qarşılayarsan?

- Əlbəttə, bu futboldu. Nə olacağını bilmək olmaz. Ancaq az öncə də qeyd etdiyim kimi istəyim iddialı klubların birində oynamaqdı.

 

- Legioner həyatı yaşamağı düşünmürsən?

- Ölkə xaricindən təkliflər var. Ancaq növbəti mövsüm ölkədə qalmaq istəyirəm.

 

- Növbəti turda cəzalı durumdasan. “Simurq”la oyun barədə düşüncələrin?

- Bu oyunda komandama kömək edə bilmədiyim üçün çox üzülürəm. Buna baxmayaraq komanda yoldaşlarımın layiqincə mübarizə aparacağına əminəm.

 

Orxan Həsənquliyev

Xəbər xətti