"Azadlığın necə hiss olduğunu indi bildim"
Daha öncə də xəbər verdiyimiz kimi, 2013-cü ilin avqustun 25-də "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş vermiş insidentlə bağlı saxlanılan üç nəfərdən biri "Eliko" ləqəbli Elman Tağıyev icbari azadlığa buraxılıb.
Sportal.az-a açıqlamasında maraqlı fikirlər səsləndirən Elman bunları qeyd edib:
"Mən azadlığın necə bir hiss olduğunu indi anlayıram. Allah heç kimin yolunu oralara salmasın. Həbsdə olanların, dustaq həyatı yaşayan hər kəsə səbr diləyirəm. Onların tezliklə qızıldan qiymətli azadlıqlarına qovuşmağını arzulayıram, içində həbsdə olan adını bilmədiyim "Neftçi" azarkeşi də olmaqla. Ölənə kimi "Xəzər Lənkəran"lıyıq. Məni nəinki 4 divar, heç ölüm də ayıra bilməz Lənkəranımdan".
saytlarin hazirlanmasi