Futbolçuya məşq etməyə şərait yaradılıb
Futbolçu Mirhüseyn Seyidovun müraciəti nəzərə alınaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Sportal.az xəbər verir ki, “Neftçi” PFK yarımmüdafiəçiyə azad agent statusu verib. "Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb.
Qeyd edək ki, bu haqda ilk məlumatı Sportal.az yaymışdı.(http://sportal.az/?goal=news&id=55567)
saytlarin hazirlanmasi