U-16 Liqa komandalarında istedadlı uşaqlar çoxdur
U-16 Liqasının son turunda mövsümün çempionu bəlli olub. Axırıncı turda “Şirvan” üzərində 7:1 hesablı qələbə qazanan “Qarabağ” çempion olub.
“Qarabağ”ın U-16 komandasının baş məşqçisi Sportal.az-a danışıb:
“Əslində, bizdən tələb olunan çempionluq deyil. Bizdən futbolçu tələb edirlər. Amma digər tərəfdən işimizin bəhrəsini görmək çox xoşdur. Mən futbolçu kimi çempionluq yaşamamışam, istəyirdim məşqçi kimi bu hissi yaşayım.
İstedadlı uşaqlar var, ancaq futboldan kənar həyatları onların bəzilərini inkişafdan saxlayır. Biz onları məşqdə və toplanışlarda izləyirik, başqa vaxtı onları nəzarətdə saxlamaq olmur. Deyim ki, U-16 Liqa komandalarında istedadlı uşaqlar çoxdur. Bu futbolçuların itməməsi üçün isə klublarda proqramlı iş getməli, bu uşaqların xaricə getməsini də təmin etmək lazımdır”.
saytlarin hazirlanmasi