Vəli Qasımov "Neftçi"nin baş məşqçisi ola bilərdi, ancaq... ÖZƏL

12:40 - 15 May 2015

Yuxarıdan razılıq verməyiblər

 

Son zamanlar “Neftçi” ətrafında söz-söhbətlər səngimək bilmir. Bəzi futbolçuların klubdan gedişi, digərlərinin isə gəlişi ilə bağlı xəbərlər mətbuatın gündəmini zəbt etməkdədir.

 

Sportal.az “Neftçi” ilə bağlı daha bir maraqlı xəbər əldə edib. Sən demə, “Neftçi”nin baş məşqçi postu Vəli Qasımova tapşırılacaqdı. Ancaq bu təyinat son anda baş tutmayıb. Belə ki, onun namizədliyini AFFA-nın baş katibi dəstəkləməyib. “Neftçi”nin de-fakto rəhbəri olan Elxan Məmmədov razılıq verməyincə, Qasımovun bu posta yiyələnməsi mümkün olmayıb.

 

Qeyd edək ki, Vəli Qasımov “Neftçi”də idman direktoru vəzifəsində çalışır. 

Xəbər xətti