İbrahim Uzunca: "Oyunçularım həvəssiz mübarizə apardılar"

19:40 - 15 May 2015

"Öz səhvlərimizdən qollar buraxdıq"

 

Premyer Liqanın XXXIV turuna Zaqatalada start verildi. Açılış oyununda “Simurq” “Bakı”nı 4-0 hesabı ilə məğlub etdi. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:

 

“Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar. Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirirməyi düşünürük”.

Xəbər xətti