"Simurq"da bütün legionerlər sabah Azərbaycanı tərk edir ÖZƏL

00:32 - 16 May 2015

Futbolçuları son iki matçda iştirak etməyəcək
 
"Simurq"da maliyyə problemi səbəbi ilə bir sıra legionerlərin komandadan ayrıldığı barədə məlumat vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, komandada qalan legionerlər isə sabah ölkəmizi tərk edir. Belə ki, Pavel Kapsa, İdan Vaytsman, Draqan Çeran və Xuan Albertonun artıq ölkələrinə biletlər də alınıb. Onlar bazar günü Zaqataladan Tbilisiyə yollanıb ordan da ölkələrinə gedəcək.
 
Zaqatala təmsilçisi mövsümün son iki matçında AZAL və "Xəzər Lənkəran" qarşısına yerli futbolçularla çıxacaq.

Xəbər xətti