Ağdam klubu qızıl medalların sahibi oldu
Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, sona 2 tur qalmış “Qarabağ” çempionluğu təmin edib. Bu, Ağdam klubunun ardıcıl ikinci, ümumilikdə isə üçüncü çempionluğudur.
Hazırda Qurban Qurbanovun komandasının aktivində 68 xal var. “İnter” isə 60 xalla ikincidir.
Qeyd edək ki, Ağdam klubu ilk dəfə 1993-cü ildə Azərbaycan çempionu adını qazanıb.
saytlarin hazirlanmasi