"Komandada yorğunçuluq da var idi"
Premyer Liqanın 34-cü turunda "Qarabağ" "Bakcell Arena"da "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xalların sayını 68-ə çatdıran Ağdam təmsilçisi mövsümün bitiminə iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 8 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.
Komandanın kapitanı Rəşad Sadıqov çempionluq sevincini Sportal.az-a açıqlamasında bildirib:
"Ağır mövsüm keçirdik, sevinirəm ki, Allahın köməkliyi ilə çempion ola bildik. Ötən ilki mövsümə nisbətən bu il daha ağır oldu. Həm Avroliqanın qrup mərhələsinin oyunları var idi, zədəlilərimiz də çox oldu. Komandada yorğunçuluq da var idi. Son iki tur bizim üçün çox çətin oldu, ardıcıl xallar itirdik. Şükürlər olsun, bu gün qələbə qazanıb çempionluğu təmin edə bildik. Qarşıda bizi Çempionlar Liqasında ağır oyunlar gözləyir, amma biz hələlik bütün diqqətimizi kubokun finalına yönəltmişik. 2-3 gün istirahət edib final üçün hazırlaşacağıq".
saytlarin hazirlanmasi