Kamal Bayramov 100-ə, Sehiç isə 50-yə çatdı

11:43 - 18 May 2015

2 qapıçı üçün əlamətdar olub

 

Premyer Liqanın 34-cü turu 2 qapıçı üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Sehiç 50-ci çempionat matçını keçirib. Ötən mövsüm 22 oyunda 12 top buraxan Sehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb. Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib. 

Xəbər xətti