8 klub, 10 məşqçi
Premyer Liqanın 34-cü turu 2014/15 mövsümünün çempionunun adına aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq “Qarabağ”ın 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: “Neftçi” – 8, “Kəpəz”, “Qarabağ” – hər ikisi 3, “Şəmkir”, “Bakı”, “İnter” – hamısı 2, “Turan”, “Xəzər Lənkəran” – hər ikisi 1 dəfə.
Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov – 5, Kazbek Tuayev – 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev – hər ikisi 3, Qurban Qurbanov – 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov – hamısı 1.
mövsüm |
Çempion |
Baş məşqçi |
1992 |
“Neftçi” |
Əhməd Ələsgərov |
1993 |
“Qarabağ” |
Ağasəlim Mircavadov |
1993/94 |
“Turan” |
Kazbek Tuayev |
1994/95 |
“Kəpəz” |
Mehman Allahverdiyev |
1995/96 |
“Neftçi” |
Kazbek Tuayev |
1996/97 |
“Neftçi” |
Kazbek Tuayev |
1997/98 |
“Kəpəz” |
Mehman Allahverdiyev |
1998/99 |
“Kəpəz” |
Mehman Allahverdiyev |
1999/2000 |
“Şəmkir” |
Ağasəlim Mircavadov |
2000/01 |
“Şəmkir” |
Ağasəlim Mircavadov |
2001/02 |
yarımçıq qalıb |
|
2003/04 |
“Neftçi” |
Kazbek Tuayev |
2004/05 |
“Neftçi” |
Ağasəlim Mircavadov |
2005/06 |
“Bakı” |
Böyükağa Hacıyev |
2006/07 |
“Xəzər Lənkəran” |
Ağasəlim Mircavadov |
2007/08 |
“İnter” |
Valentin Xodukin |
2008/09 |
“Bakı” |
Qyoko Hacievski |
2009/10 |
“İnter” |
Kaxaber Sxadadze |
2010/11 |
“Neftçi” |
Arif Əsədov |
2011/12 |
“Neftçi” |
Böyükağa Hacıyev |
2012/13 |
“Neftçi” |
Böyükağa Hacıyev |
2013/14 |
"Qarabağ" |
Qurban Qurbanov |
2014/15 |
"Qarabağ" |
Qurban Qurbanov |