Darilin yeni iş yeri məlum oldu
AZAL klubunun böyük britaniyalı idman direktoru Daril Villardla yollarını ayırdığı barədə məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Villard hazırda Premyer Liqaya vəsiqəni təmin etmiş I Divizion təmsilçisi "Zirə" ilə danışıqlar aparır. Artıq tərəflər böyük ölçüdə razılığa gəlib. Keçidi gecikdirən yeganə səbəb isə klublara idman direktorunu təyin edən AFFA-nın razılığının gözlənilməsidir.
Qeyd edək ki, 10 gün öncə Premyer Liqaya vəsiqəni rəsmiləşdirən Zirə təmsilçisinin əsas məqsədlərindən biri də yeni akademiya yaratmaq və bu akademiyada yeni istedadlar üzə çıxarmaqdır. Məhz ona görə də, klub 4 il "Qəbələ"də və bir il AZAL-da çalışdığı müddətdə böyük uğurlara imza atan Daril variantının üzərində dayanıb.
saytlarin hazirlanmasi