Bülent Korkmaz Bakıdakı faciəyə biganə qalmadı

00:20 - 21 May 2015

Baş məşqçidən başsağlığı mesajı
 
Dünən paytaxtda baş verən çoxmərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişmiş, 50-yə yaxın insan isə xəsarət almışdır.
 
Bu hadisəyə "Qalatasaray"ın əfsanəsi və "Bakı" klubunun sabiq baş məşqçisi Bülent Korkmaz və "Qarabağ"ın sabiq koordinatoru Sebahettin Tekin də biganə qalmayıb. Onlar Sportal.az vasitəsi ilə öz başsağlıqlarını çatdırıb.
 
"Həmin faciədə dünyasını dəyişənlərə Allah rəhmətdən diləyirik. Ümid edirik ki, xəsarət alanlar da qısa müddətdə sağlamlıqlarını bərpa edəcəklər".

Xəbər xətti