Məşqçiliyini bərpa edir
Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məşqçilik fəaliyyətini bərpa edir.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis gələn mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” klubunun baş məşqçisi təyin edilib.
Gəncə təmsilçisinin prezidenti Mehman Allahverdiyev də təsdiqləyib: “Bəli, Şahin Diniyevlə görüşdük, anlaşdıq. Komandamız ən azından ilk “altılıq” uğrunda mübarizə aparacaq”.
Qeyd edək ki, Şahin Diniyev artıq bir dəfə “Kəpəz”də çalışıb. O, 2004-05-ci illərdə “Gəncə” adını daşıyan komandaya rəhbərlik edib. (Apasport.az)
saytlarin hazirlanmasi