Ağdam təmsilçisi çempion olmasına baxmayaraq əsas futbolçuları ilə meydana çıxacaq
Premyer Liqanın 35-ci turunda "Qarabağ" səfərdə "İnter"in qonağı olacaq.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, ötən turda çempionluğu rəsmiləşdirən Ağdam təmsilçinin bu oyunda gənc futbolçularla, meydana çıxması gözlənilsə də, bu baş tutmayacaq. Buna səbəb isə Qurban Qurbanov iyunun 3-də baş tutacaq kubokun finalı öncəsi futbolçuların oyun praktikasının itirməsini istəməməsidir. "Qarabağ"ın bu matça İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli. Qara Qarayev. Riçard Almeyda, Reynaldo Silva, Muarem Muarem, Corc Leroy və Cavid Tağıyevdən ibarət heyətlə çıxması gözlənilir.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi