"Bakı"nın gənc müdafiəçisi: "Hələ ki, heç bir klubdan təklif almamışam"

11:13 - 22 May 2015

"İstəməzdim "Bakı" I Diviziona düşsün"

 

Növbəti mövsümdən I Divizionda çıxış edəcəyi gözlənilən "Bakı"dan bir çox futbolçunun ayrılacağı dəqiqdir. Lakin, müqaviləsi gələn il bitəcək gənc müdafiəçi Nicat Əsgərov qərarını mövsümün sonunda verəcək.

 

Sportal.az-a açıqlamasında Əsgərov bunları qeyd edib:

 

"Hələ ki, heç bir klubdan təklif almamışam. Sona 2 tur qalıb. Ondan sonra dəqiq qərar verəcəm. İstəməzdim ki, "Bakı" I Diviziona düşsün".

Xəbər xətti