"Neftçi" istədi, "Qarabağ" aldı
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" növbəti transferini reallaşdırıb.
Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, Ağdam klubu "İnter"in gənc üzvü Coşqun Diniyevi heyətinə qatıb.
"Neftçi"nin də istədiyi, lakin son anda "Qarabağ"ı seçən millimizin futbolçusu "İnter"lə qarşılıqlı şəkildə ləğv etdiyi müqavilə sənədini də paylaşıb.
Qeyd edək ki, Coşqun Diniyevlə "Qarabağ"ın ilkin razılıq əldə etməsi barədə xəbəri özəl olaraq Sportal.az sizinlə paylaşmışdı.
saytlarin hazirlanmasi