Elbrus Məmmədov: "Onun gələcəyi var"

20:24 - 22 May 2015

"Kiçik səhv etdik"

 

Premyer Liqanın XXXV turu “Sumqayıt” üçün uğurlu alındı. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.  

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov bunları qeyd edib:

 

“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik. Bu qolu buraxdıqdan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik. Tərlan Qasımzadə qol buraxsa da, oyunun ən yaxşılarından idi. Onun gələcəyi var”.

Xəbər xətti