"Yaxşı oynadıq"
Premyer Liqanın XXXV turu “Sumqayıt” üçün uğurlu alındı. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
“Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.
saytlarin hazirlanmasi