Tərlan Əhmədov Avropa Liqasına getmək imkanlarından danışdı

21:53 - 22 May 2015

"Əgər belə bir iş bizə həvalə olunsa..."

 

Premyer Liqanın XXXV turunda “Simurq”u qəbul edən AZAL 5-0 hesablı qələbə qazandı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:

 

“Cari çempionatdakı son ev oyununda qələbə qazandıq. Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik. Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum 7 oyunçu tərk edəcək". 

Xəbər xətti