Tahir Gözəl: "Hər iki futbolçu ilə güclənəcəyik"

00:01 - 23 May 2015

"Bu faciə günündə "Qarabağ"ın uğuru bizə məlhəm olsun"

 

Premyer Liqanın 35-ci turunda çempion "Qarabağ" səfərdə "İnter"ə məğlub olub. Oyundan sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl maraqlı fikirlər səsləndirib:

 

Sportal.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Gözəl bunları qeyd edib:

 

"Yeni mövsümdə də avrokubokdakı uğurlarımızı təkrarlamağa hazırıq. Növbəti mövsüm də iddialı olacağıq. Bizimlə eyni qrupda mübarizə aparan "Dnepr" Avropa Liqasında finala yüksəldi. Biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu mövsümlə müqayisədə indi daha təcrübəliyik. Yerli oyunçuları transfer etməyimiz məni çox sevindirir. Elvin hücumda da komandaya kömək edəcək.  Onun bu gün "İnter"in ikinci qolunda böyük rolu oldu. Ümid edirəm ki, "Qarabağ"da da gözəl oyun nümayiş etdirəcək. Hər iki futbolçu ilə güclənəcəyik. "Qarabağ"ın ehtiyat qüvvəyə ehtiyacı var".

 

T.Gözəl Binəqədidə 16 mərtəbəli binada baş vermiş yanğına da  münasibət bildirib :"Azərbaycan xalqına səbr, ölənlərə də Allahdan rəhmət diləyirəm.Bu faciə günüdə "Qarabağ"ın uğuru bizə məlhəm olsun".

Xəbər xətti