Rəşad Sadıqov: "İnanıram ki, onların "Qarabağ"a faydası olacaq"

01:27 - 23 May 2015

"Hardasa kubokun final qarşılaşmasına görə ehtiyatla oynayırdıq”
 
"Xoş təəssüratlar içindiyəm. Bundan əvvəl ardıcıl iki dəfə "Neftçi" ilə ölkə çempionu olmuşdum. Bu dəfə "Qarabağ"la eyni uğuru qazandım. Ümid edirəm ki, növbəti mövsüm də çempion olacağıq. Çünki məqsədimiz odur ki, hər zaman uğura nail olaq".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turunda "İnter"ə 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə deyib:
 
"Hardasa kubokun final qarşılaşmasına  görə ehtiyatla oynayırdıq. 60 dəqiqə gözəl futbol oldu. Amma sonradan komandada yorğunluq öz sözünü dedi".
 
Sadıqov "Qarabağ"ın Bakı "İnter"indən transfer etdiyi  Coşqun Diniyev və Elvin Məmmədov barədə də fikirlərini bildirib:
 
"İnanıram ki, onların "Qarabağ"a faydası olacaq". 
 
Millimizin üzvü "Qarabağ"a çempionluq kuboku təqdim olunan zaman stadionu erkən tərk etməsinin səbəbi haqda da danışıb: "Soyuqdəyməyə tutulduğum üçün stadionda çox qala bilmədim".
 

Xəbər xətti