Qurban Qurbanov: "Hələ bu futbolçunu transfer etmək barədə düşünmürük"

02:48 - 23 May 2015

“Hər iki futbolçunu diqqətlə izləyirdik”
 
“İnter”lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çempionluq təəssüratlarını mətbuatla bölüşüb.
 
Sportal.az xəbər verir ki, Agdam təmsilçisinin çalışdırcısı jurnalistlərin suallarını cavablandırıb:  
 
- Çempionluqla bağlı nə deyə bilərsiniz?
- Şadam ki, artıq ikinci mövümdür bu komandayla, rəhbərliklə, azarkeşlərlə çempion oluruq. Çempionluğu bayram etmək üçün vaxt azdır. Hələ qarşıda kubokun finalına hazırlaşmalıyıq.
 
- Artıq "qızıl dubl" barəsində düşünməyə başlamısınız?
- Buna nail olmağa çalışacağıq. Çempionat bizim üçün başa çatdı. İndi kubokun final qarşılaşması qalır.
 
- Premyer Liqanın son turunu buraxmalı olacaqsınız. Bu boşluğu necə doldurmağı düşünürsünüz?
- Ola bilsin ki, yoxlama oyunu keçirək. Amma bu oyun daha çox ehtiyatda qalanlar üçün bir şans olacaq. Digər oyunçularımız üçün oyun təcrübəsi baxımından problem olmayacaq.
 
- "Qarabağ" artıq "İnter"in iki üzvünü - Coşqun Diniyevlə Elvin Məmmədovu sıralarına qatıb. Niyə məhz onlar?
- Hər iki futbolçunu diqqətlə izləyirdik. Mövsümün gedişində heyətlə bağlı problemlərimiz oldu. Keyfiyyətli oyunçu tapmaq baxımından çətinliklə üzləşdiyimiz görüşlər az olmadı. Ona görə də mövsümün sonunu gözləmədən yaxşı oyunçularla güclənməyə qərar verdik. Fikrimcə, onlar bizə faydalı olacaqlar.
 
- Yenə transferləriniz olacaq?
- Ola bilər ki, komandaya başqa oyunçular da cəlb edək.
 
- Əfran İsmayılovun da öz oyunu ilə sizin diqqətinizi çəkməyə çalışdığı hiss olunurdu...
- Əfran "İnter"ə gələndən sonra uğurlu çıxış edir. Lakin hələ bu futbolçunu transfer etmək barədə düşünmürük.
 

Xəbər xətti