"Simurq"un qapıçısı qalmaqallı epizoddan danışdı: "Kimsəsiz qalmışıq deyə başımızdan vurmalıdırlar?"

12:20 - 23 May 2015

"Video çıxandan sonra danışacam"

 

Premyer Liqanın 35-ci turunda keçirilən AZAL - "Simurq" (5:0) matçının 21-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalanan Zaqatala təmsilçisinin qapıçısı Amil Ağacanov sərt ifadələrlə yadda qalıb.

 

Oyunun protokolunda  hakimi təhqir etdiyinə görə qırımızı vərəqə aldığı qeyd olunan qolkiper Sportal.az-a açıqlamasında bunları qeyd edib:

 

"Dünən keçiirlən oyuna cavanlarla çıxmışdıq. İlk oyunlarını oynayanlar var idi. Hər iki klub üçün çox da önəmli matç olmasa da, mübarizə aparmaq üçün çıxmşıdıq. Oyunun 21-ci dəqiqəsində Mombonqo topu başla vurdu və mən düz xəttin üstündə saxladım. Topu əlimdə saxlayaraq gəstərmək istədim ki, həqiqətəndə top qapı xəttini keçməyib. Lakin hakim qol saydı. Hamı gördü ki, bu qol deyil. Belə olmaz. Hakimlər diqqətli olmalıdırlar. Məndə buna görə əsəbiləşdim. Ancaq söyüş söymədim. Sadəcə xoşagəlməz ifadə səsləndirdim. Yan xətt hakimi də baş hakimə mənim onu təhqir etdiyimi söylədi və qırmızı vərəqə ilə cəzalandım. Bunu görəndə şoka düşdüm. Kimsəsiz qalmışıq deyə başımızdan vurmalıdırlar? Oyunun videosunu gözləyirəm. Daha sonra dəqiq münasibət bildirəcəm".

Xəbər xətti