"İnter"ə halallıq verirəm"
Premyer Liqanın 35-ci turunda keçirilən "İnter" - "Qarabağ" (2:1) matçından sonra meydan sahiblərinin futbolçusu Coşqun Diniyev maraqlı fikilər səsləndirib.
Növbəti mövsümdən "Qarabağ"da çıxış edəcək Diniyev Sportal.az-a açıqlamasında bunları qeyd edib:
"Təbii ki, "Qarabağ"a keçəndən sonra mənə daha da çətin olacaq. Çünki çempionun heyətinə qoşuluram. Çempionlar Liqasında mübarizə aparacaq bir komandanın heyətində olmaq məsuliyyətimi artıracaq. Hazırki formam məni qane etməsə də, bundan sonra daha çox çalışacam ki, "Qarabağ"da heyətdə düşə bilim".
"Qarabağ"a transferi rəsmiləşməmişdən öncə adı "Neftçi" ilə də hallanan Coşqun seçimini belə izah edib:
"Seçimimdə atam mənə azadlıq verdi. Mən də özümü "Qarabağ"a yaxın hiss etdiyim üçün oranı seçdim. Azərbaycan çempionunda hər bir futbolçu oynamaq istəyər".
"İnter"in maliyyə probləmləri səbəbindən futbolçuların 2-3 aylıq maaşlarını ödəmədiyindən də söz açan gənc futbolçu pulun verilməməsi təqdirində heç bir narazılıq etməyəcyini bildirib:
"Mən "inter"də bir futbolçu kimi formalaşdığım üçün heç bir narazılıq da edə bilmərəm. Hər nə olsa da, halallıq verirəm".
saytlarin hazirlanmasi