Prezident təsdiqlədi: "İnter"in legionerləri ölkəni tərk etdi

15:27 - 23 May 2015

"Əgər pullarını verməsək..."

 

Maliyyə problemləri səbəbindən çətin günlərini yaşayan "İnter" futbolçuların məvaciblərini ödəməkdə çətinlik çəkir.

 

Klubda çıxış edən legionerlərin öz ölkələrinə getməsi barədə fikirlərini bölüşən "İnter" PİK-in prezidenti Georgi Nikolov Sportal.az-a açıqlamasında bunları qeyd edib:

 

"Mən heyətimizdəki legionerləri bir araya yığaraq onlarla söhbət apardım və belə bir razılığa gəldik ki, öz ölkələrinə dönsünlər. Həmin futbolçuların 2 ay yarımlıq maaşlarını verməmişik. Həmin borcu ödədikdən sonra onlar kluba qayıda bilər. Təbii ki, biz həmin futbolçulara borcü ödədikdən sonra Avropa Liqasında çıxış etmək barədə danışmaq olar. Çempionatda son turda oyanamaqlarına ehtiyac yoxdur. 2-ci pilləni sığortalamışıq və ona görə də son turda əvəzedici heyətdə çıxış edən bir neçə gənc futbolçuya şans verəcəyik".

 

Yeni sponsor axtarışında olduqlarını da qeyd edən Nikolov vəziyyətin düzələcəyinə inandığını bildirib:

 

"Yeni sponsor axtarışındayıq. Ad çəkmək isətəməsəm də, çətin vəziyyətin aradan qalxacağına və növbəti mövsümdən hər zamankı kimi iddialı bir klub olacağımızı deyə bilərəm. Mənim bu barədə Elxan Məmmədovla da söhbətim olub. Görüşün təfərrüatlarını bildirmək istəməsəm də, çətin durumdan xilas olacağımıza inanıram".

Xəbər xətti