"Qarabağ"ın futbolçusu: "Finalda "Sevilya"ya azarkeşlik edəcəm"

16:25 - 23 May 2015

"Çox böyük bir kluba qarşı oynayacağıq"

 

Premyer Liqanın 35-ci turunda keçirilən "İnter" - "Qarabağ" (2:1) matçından sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev maraqlı fikirlər səsləndirib.

 

Sportal.az-a açıqlamasında Qarayev bunları qeyd edib:

 

"Əhəmiyyətsiz bir oyun idi,istəyirdik uduzmayaq amma futboldur,çempion olduqdan sonra belə oyunlara köklənmək bir az çətin olur. Buna baxmayaraq düşünürəm  bu gün pis alınmadı,şanslarımız da oldu. Məğlub olsaq da, çempionluğumuzu daha əvvəl təmin etmişdik. Bu gündən etibarən Qəbələdəki oyuna hazırlaşacağıq. Çox böyük bir kluba qarşı oynayacağıq,çətin olacaq amma çalışacağıqki,qələbə qazanaq. Bir uğur yaxşıdırsa,ikinci uğur ondan da yaxşıdır".

 

Daha sonra  "Qarabağ"la eyni qrupda mübarizə aparan "Dnepr"in Avropa Liqasının finalında oynamasına da toxunan gənc futbolçu belə deyib:

 

“Dnepr”in uğuruna kölgə salmaq istəmirəm,”Qarabağ”a qarşı təkrar-təkrar yanlış qərarlar oldu.”Dnepr”ə uğurlar arzu edirəm, amma finalda “Sevilya”ya azarkeşlik edəcəm".

Xəbər xətti