Qurban Qurbanovun 250-ci oyunu
Azərbaycan Premyer Liqasının XXXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, mövsümdə son oyununu keçirən Ağdam təmsilçisinin çalışdırıcısı məşqçi kimi ölkə çempionatlarında 250-ci matçına çıxıb. Bu oyunadək çempion titulunu qazanan və qarşılaşmadan sonra mükafatlanan “Qarabağ”a qədər “Neftçi”nin də baş məşqçisi olan Qurbanov yubiley görüşündə 1:2 hesablı məğlubiyyətə üzülüb.
Baş məşqçi kimi 9 il əvvəl “Neftçi”də debüt edən 43 yaşlı mütəxəssis paytaxt təmsilçisində 28, əyalət klubunda 222 matç keçirib. O, ölkə çempionatlarında baş məşqçi kimi ən çox oyun keçirən 6-cı mütəxəssisdir. Qurbanov Qəhrəman Əliyev (381), Ağasəlim Mircavadov (343), Əsgər Abdullayev (305), Kazbek Tuayev (287) və Mehman Allahverdiyevdən (271) geri qalır.
mövsüm |
Klub |
O |
Q |
H |
M |
T/F |
X |
|
|
2006/07 |
Neftçi (Bakı) |
24 |
17 |
3 |
4 |
47-15 |
54 |
|
|
2007/08 |
Neftçi (Bakı) |
4 |
2 |
1 |
1 |
9-4 |
7 |
|
|
2008/09 |
Qarabağ (Ağdam) |
26 |
14 |
7 |
5 |
35-22 |
49 |
|
|
2009/10 |
Qarabağ (Ağdam) |
32 |
14 |
12 |
6 |
31-26 |
54 |
|
|
2010/11 |
Qarabağ (Ağdam) |
32 |
17 |
7 |
8 |
41-22 |
58 |
|
|
2011/12 |
Qarabağ (Ağdam) |
32 |
15 |
8 |
9 |
37-28 |
53 |
|
|
2012/13 |
Qarabağ (Ağdam) |
32 |
16 |
11 |
5 |
43-26 |
59 |
|
|
2013/14 |
Qarabağ (Ağdam) |
36 |
21 |
9 |
6 |
66-21 |
72 |
|
|
2014/15 |
Qarabağ (Ağdam) |
32 |
20 |
8 |
4 |
51-25 |
68 |
|
|
|
Neftçi (Bakı) |
28 |
19 |
4 |
5 |
56-19 |
61 |
|
|
|
Qarabağ (Ağdam) |
222 |
117 |
62 |
43 |
304-170 |
413 |
|
|
|
Cəmi |
250 |
136 |
66 |
48 |
360-189 |
474 |
|
Qeyd: texniki nəticə top fərqində nəzərə alınmayıb.
saytlarin hazirlanmasi