“Xəzər adaları” klubunun rəhbəri olkədən qaçmaq istəyib?
Məşhur azərbaycanlı biznesmen, oliqarx və "Xəzər adaları" klubunun rəhbəri Hacı İbrahim Nehrəmli mayın 12-si saat 13:00-dan etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.
Sportal.az xəbər verir ki, bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Hacı İbrahimin həyata keçirdiyi “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədov deyib.
Q.Əhmədovun sözlərinə görə, oliqarxın azad olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Mən bilmirəm Hacıya kim zəng vurub və onunla telefonla danışıb, bunu isə dəqiq bilirəm ki, Hacı İbrahim artıq 12-ci gündür ki, həbsdədir” - deyə Qurban Əhmədov bildirib.
Q.Əhmədovun sözlərinə görə, oliqarxa qarşı həbs-qətimkan tədbiri seçilib, amma ona qarşı hələ də rəsmi ittiham irəli sürülməyib.
Bununla belə Q.Əhmədovun sözlərinə görə, söhbət Beynəlxalq Banka olan kreditlərin vaxtından əvvəl qaytarılmasından gedir. Bu kreditlərin həcmi isə 57 milyon dollar təşkil edir.
“Bu kreditlərin ödənmə vaxtı 2019-cu ildə başa çatır. Amma biznesmendən borclarını dərhal ödəməyi tələb edirlər” - deyə Q.Əhmədov bildirib.
“Khazar İslands” layyihəsinin rəhbəri virtualaz.org saytına açıqlamasında oliqarxın ölkədən qaçmağa cəhd göstərməsi barədə yayılan məlumatlara da münasibət bildirib və bu xəbərləri təkzib edib. Deyib ki, Hacı İbrahimin qaçdığı deyilən vaxtda o, həbsdə olub.
Q.Əhmədovun sözlərinə görə, Hacı İbrahim kredit üzrə faiz borclarını da vaxtında ödəyirdi. O, həbsindən qabaq Beynəlxalq Banka faiz kimi 1,5 milyon manat ödəyibmiş.
Yada salaq ki, APA informasiya agentliyi bir neçə gün bundan əvvəl Hacı İbrahim Nehrəmlinin həbsdən azad olması barədə xəbər yaymışdı.
saytlarin hazirlanmasi