Premyer Liqa klublarından təklif yoxdur
Millimizin vuran ayağı Rauf Əliyev “Neftçi”yə keçməklə bəlkə də, karyerasında ən böyük səhvə yol vermiş oldu. Paytaxt klubunda möhkəmlənə bilməyən Əliyev millidəki yerini də itirdi.
Bir müddət əvvəl azad agent statusu alan Rauf Əliyev hal-hazırda Türkiyədədir. Öz dediyinə görə, qardaş ölkəyə istirahət üçün gedib. Ancaq ola bilər ki, orada PTT 1-ci liqa klubları ilə danışıqlar aparsın. Çünki sportal.az-da olan məlumata görə, Premyer Liqanın aparıcı klubları onun transferində maraqlı deyil.
Qeyd edək ki, Rauf Əliyev karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi” klublarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi