"Tam səmimi deyirəm ki..."
Dünən "Futbol saatı" verilişində qonaq olan "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev "Zirə"yə baş məşqçi gedəcəyi ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, bu məlumatı təkzib edən Hacıyev bunları qeyd edib: "Zirə" məsələsini ilk dəfə sizdən eşidirəm. Bu haqda jurnalistlər də mənə sual verib. Tam səmimi deyirəm ki, belə bir şey yoxdur. Bu klubdan mənə heç bir təklif gəlməyib. Həm də bun klubun baş məşqçisi var hansı ki, iki aydır təyin olunub. Odur ki, gəlin, Adil Şükürova uğurlar arzulayaq. O ki qaldı mənə, açığı, mənim İrana getmək şansım daha çoxdur. Artıq bu ölkədən mənə real təklif gəlib. Güman ki, İrana gedəcəm. Amma təbii ki, Azərbaycanın iddialı klublarından da təklif gəlsə bunu da qəbul edərəm".
saytlarin hazirlanmasi