Hakimi təhqir edən "Simurq"un futbolçusuna 9 oyunluq cəza

13:00 - 26 May 2015

"Simurq"a 9000 manat cərimə

 

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az sizi iclasda qəbul olunmuş qərarlarla tanış edir:

 

Premyer Liqanın XXXV turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur

 

Premyer Liqanın XXXV turunun “Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur

“Bakı” – “Neftçi” matçında diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq olunur. Bu hal təkrarlanacağı halda kluba cəza veriləcək.

 

Premyer Liqanın XXXV turunun AZAL – “Simurq” matçının 21-ci dəqiqəsində “Simurq” klubunun 35 №-li futbolçusu Amil Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyunun 21-ci dəqiqəsində “Simurq” klubunun 35 №-li futbolçusu Amil Ağacanov qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 5000 manat cərimə olunur

Xəbər xətti