AFFA niyə susur – Avroliqaya "İnter", yoxsa AZAL gedir? AKTUAL

11:55 - 27 May 2015

Bu məsələdə son nöqtə qoyulmalıdır

 

Bir müddət əvvəl Sportal.az-da gedən xəbər (http://sportal.az/?goal=news&id=55914) sanki futbol ictimaiyyətini, AZAL-ı yuxudan oyatdı. Hamı “İnter”in dağılmasını izləsə də, heç kim bu komandanın Avroliqadaya qazandığı vəsiqənin aqibəti barədə düşünmürdü. Məhz bizim xəbərimizdən sonra həmin vəsiqəyə potensial namizəd sayılan AZAL hərəkətə başladı.

 

Bu məsələdə AFFA-nın qeyri-peşəkarlığı bir daha özünü göstərdi. “İnter”in durumu göz qabağında olsa da, federasiya AZAL-a qeyri-rəsmi şəkildə olsa belə, avrokuboklara hazırlaşmaq barədə tapşırıq verməyib. Axı, Avroliqaya qatılmalı olan klub transfer işlərini daha tez yekunlaşdırmalıdır.

 

AFFA isə hələ susur. Yəni, Elxan Məmmədov görmür ki, “İnter” dağılır. Bu klubu saxlamaq üçün ilk növbədə futbolçulara olan borclar bağlanmalıdır. Digər məlumatlara görə, klubun əmlakı da girov altına alına bilər. Cahangir Hacıyev klubu xilas etmək iqtidarında deyil, heç iqtidarda olan dostlarının hesabına özünü xilas edə biləcək durumda deyil. Onsuz da bu durum çox davam edə bilməz. Bu məsələdə son nöqtəni qoymaq lazımdır. Əgər Avroliqaya gedəcəksə, “İnter”in problemləri həll olunmalıdır və bu məsələni yubatmaq olmaz. Çox qısa zamandan sonra futbolçular FİFA-ya şikayət edəcəklər. Əgər Avroliqada “İnter” yox, AZAL iştirak edəcəksə, “təyyarəçilər”ə bildiriş göndərməlidir.

 

AFFA isə susur...    

Xəbər xətti