Kamal Quliyev: "Günah özümüzdədir"
1-ci divizionda çempion olan “Neftçala”nı Premyer Liqaya buraxmadılar. Hərçənd, komandanın baş məşqçisi Kamal Quliyev öz haqlarını tələb edəcəklərini deyirdi. Mövcud durumla bağlı Kamal bəyin fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Quliyev günahı özlərində görür:
“AFFA-nın baş katibi Elxan Məmmədovun qəbuluna getdim. “Neftçala”nın hansı səbəbdən Premyer Liqaya buraxılmaması barədə söhbət elədik. Elxan müəllim bunun səbəblərini mənə izah elədi. Günah özümüzdədir ki, vaxtında sənədləri hazırlamamışıq”.
Bizdə olan bilgiyə görə, “Neftçala”nın gələcəyi ilə bağlı vəziyyət müəmmalıdır. Bu klub hətta dağıla da bilər. Kamal Quliyev bu barədə belə dedi:
“Hə, ola bilər ki, klub dağılsın da. İndi dəqiq heç nə deyə bilmərəm. Hələki qeyri-müəyyənlikdir”.
Qeyd edək ki, 1-ci diviziondan Premyer Liqaya yalnız “Zirə” və “Kəpəz” klubları vəsiqə qazanıb.
saytlarin hazirlanmasi