Rafiq Kərimovun oyun zamanı təzyiqi qalxıb
Dünən I Divizionun 30-cu turunda baş tutan "Şuşa Qarabağ" - "Ağsu" (1:2) matçında gözlənilməz hadisə yaşanıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, oyunun 50-ci dəqiqəsində meydan sahiblərinin qolkiperi Rafiq Kərimovun ürəyi tutub, bir neçə dəqiqə yerdə qalan qolkiperə həkimlər tərəfindən ilkin müdaxilə olunub və futbolçunun təzyiqi həddən artıq yüksək olub (100-ün 160-a). Buna səbəb isə futbolçunun oyundan öncə məsləhət olmayan qidaları qəbul etməsi olub.
saytlarin hazirlanmasi