Aqil Məmmədov: "Mən bu qələbəni tarixi uğur hesab etmirəm"

21:26 - 28 May 2015

"Həmin oyunçuların bir neçəsini bəyəndim"

 

Premyer Liqanın 36-cı turunda “İnter”i qəbul edən “Sumqayıt” 3-1 hesablı qələbə qazandı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:

 

“Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Digər tərəfdən “İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdür, indiyə qədər “İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.

Xəbər xətti