"Hesab oyuna görə oldu"
Premyer Liqanın 36-cı turunda “İnter”i qəbul edən “Sumqayıt” 3-1 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in məşqçisi Roman Cəfərov bunları qeyd edib:
“Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.