"Bir neçə oyunçunu icarəyə vermək planımızda var"
Premyer Liqanın 36-cı turunda keçirilən “Neftçi” – AZAL görüşü 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşçisi Tərlan Əhmədov bunları qeyd edib:
“Sonuncu tura şərh vermək çətindir. Mənə görə, heç-heçə başa çatan oyun “Neftçi” üçün daha önəmli idi. Amma istənilən halda, komandamın son iki turda yaxşı təsir bağışlaması məni sevindirir. Oyunun gedişində etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Ümumilikdə isə futbolçularıma 1 il ərzində sərgilədikləri oyuna görə təşəkkür edirəm. Heyətdə müəyyən dəyişikliklər edəcəyik. Xüsusən də müdafiəni gücləndirəcəyik. Eyni zamanda, hücumçu da gətirməyi düşünürük. Bir neçə oyunçunu icarəyə vermək planımızda var. Hazırda kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı konkret danışa bilməyəcəyəm. Çünki çempionat bu gün başa çatdı. Bunun üçün müəyyən zamana ehtiyacımız var”.
saytlarin hazirlanmasi