Elbrus Məmmədov: "Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması bizi sevindirdi"

23:35 - 28 May 2015

"Vəzifənin öhdəsindən gəldik"

 

Premyer Liqada 2014/2015 mövsümünə Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə yekun vuruldu. 36-cı turun, eləcə də Premyer Liqada mövsümün son oyunu qolsuz başa çatdı.  

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov bunları qeyd edib:

 

“Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. “Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq. Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik. Bundan əlavə Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması bizi sevindirdi. Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq.   

Xəbər xətti