"Simurq"un məşqçisi: "Ümidvaram ki, Zaqatalada futbol həmişə olacaq"

23:42 - 28 May 2015

"Çalışdıq ki, normal futbol sərgiləyək"

 

Premyer Liqada 2014/2015 mövsümünə Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə yekun vuruldu. 36-cı turun, eləcə də Premyer Liqada mövsümün son oyunu qolsuz başa çatdı.  

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Simurq"un məşqçisi Rövşən Babayev bunları qeyd edib:

 

“Əvəzedici heyətin futbolçuları meydançaya çıxmışdı.  Çalışdıq ki, normal futbol sərgiləyək. Ümidvaram ki, Zaqatalada futbol həmişə olacaq”.

Xəbər xətti